DÜNYA


Çində “təmiz avtomobil”lərin satışı 53,6 faiz artıb

Pekin, 12 mart, AZƏRTAC

Çində elektrik enerjisi də daxil olmaqla, yeni enerji mənbələrindən istifadə edən avtomobillərin (new energy vehicles - NEV) istehsalı və satışı çoxalıb.

AZƏRTAC Çin Avtomobil İstehsalçıları Assosiasiyasına istinadla xəbər verir ki, fevralda istehsal və satış əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq, 50 və 53,6 faiz artıb. Ötən ay ölkədə 52 min 900 NEV satılıb.

Bildirilir ki, dünyanın ən böyük avtomobil bazarı olan Çində ötən il və cari ilin əvvəlində ümumi avtomobil satışının azalmasına baxmayaraq, yeni enerji avtomobillərinin istehsalının və satışının çoxalması ətraf mühitin qorunması istiqamətində həyata keçirilən işlərin müsbət nəticəsidir. Belə ki, Çin hökuməti yeni enerji avtomobillərinin istifadəsini təşviq etməklə yanaşı, istehsalçılara bununla əlaqədar müəyyən güzəştlər təklif edir, şəhər təsərrüfatlarında ənənəvi avtomobillərin istifadəsini getdikcə məhdudlaşdırır.

Qeyd edək ki, Çin hazırda yeni enerji avtomobillərinin ən böyük bazarı hesab olunur. Ötən il ümumilikdə 1,26 milyon ədəd bu növ avtomobil satılıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.