DÜNYA
Çində təyyarə uçuş zolağından çıxaraq yanıb VİDEO
Pekin, 12 may, AZƏRTAC
Çinin “Tibet Hava Yolları” şirkətinə məxsus sərnişin təyyarəsi Çunçin şəhərindəki hava limanında uçmağa hazırlaşarkən zolaqdan çıxıb və alışıb.
AZƏRTAC Çunçin hava limanının açıqlamasına istinadla xəbər verir ki, hadisə yerli vaxtla səhər saat 8:00 radələrində (Bakı vaxtı ilə 4:00) baş verib. Nyinqçi şəhərinə uçmalı olan “Airbus A319-100” tipli təyyarədəki 113 sərnişin və 9 heyət üzvü təxliyə edilib. Hadisə nəticəsində yüngül xəsarət alan 40-dan çox sərnişin xəstəxanalara yerləşdirilib.
Yanğın söndürülüb, hazırda təhqiqat aparılır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [17:20]
Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib
- 28.03.2024 [16:14]
Latviyanın xarici işlər naziri istefa verib
- 28.03.2024 [15:42]
Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb
- 28.03.2024 [14:43]
Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək
- 28.03.2024 [14:37]
Nyu-York metrosunda zorakılıq halları artıb
- 28.03.2024 [14:35]
Sorğu: Bayden Trampı 3 faiz fərqlə qabaqlayır
- 28.03.2024 [14:13]