DÜNYA


Çində tunelin çökməsi nəticəsində dağıntılar altında qalan 9 nəfərin axtarışları nəticə verməyib VİDEO

Çində tunelin çökməsi nəticəsində dağıntılar altında qalan 9 nəfərin axtarışları nəticə verməyib VİDEO

Pekin, 11 sentyabr, AZƏRTAC

Çinin cənubundakı Quansi Cuan muxtar bölgəsində inşası davam edən tunelin çökməsi nəticəsində 9 fəhlə dağıntılar altında qalıb.

AZƏRTAC bölgənin səlahiyyətli qurumlarının açıqlamasına istinadla xəbər verir ki, hadisə sentyabrın 10-da axşamüstü baş verib. Axtarış-xilasetmə işlərinə 400-dən çox canlı qüvvə cəlb olunub. Hələlik dağıntılar altında qalanların axtarışları nəticə verməyib.

Dağıntılar altında qalan fəhlələrin sağ qalmasına ümid az olsa da, axtarış işləri davam etdirilir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.