Çində uşaq bağçasına hücum edən şəxs 3 nəfəri qətlə yetirib
AzerTAg.az
Pekin, 3 avqust, AZƏRTAC
Çinin Ciansi vilayətində uşaq bağçasına hücum edən şəxs bıçaqla 3 nəfəri qətlə yetirib, 6 nəfəri yaralayıb.
AZƏRTAC polisin açıqlamasına istinadla xəbər verir ki, hadisə yerli vaxtla saat 10:22-də Cien şəhərinin Anfu rayonunda baş verib. Cinayəti törətməkdə şübhəli bilinən 48 yaşlı şəxsin saxlanılması üçün polis axtarışa başlayıb. Hadisənin hansı səbəbdən baş verdiyi bilinmir.
Qeyd edək ki, Çində ötən illərdə bir neçə dəfə uşaq bağçasına soyuq silahlı hücum nəticəsində ölüm və yaralanma halları qeydə alınıb.
Keçən ilin aprelində Quansi-Cuan muxtar rayonunda naməlum şəxs uşaq bağçasına hücum edərək, 16 uşaq və iki tərbiyəçini bıçaqla yaralamışdı.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Xəbərin mətnində orfoqrafik səhv var