DÜNYA
Çində vəzifəli şəxslər Nepartak qasırğasının “qurban”ı oldular
Pekin, 18 iyul, AZƏRTAC
Çinin Fucian vilayətində Nepartak qasırğasının qarşısının alınmasını lazımınca təşkil edə bilmədiklərinə görə bir neçə vəzifəli şəxs işdən azad olunub. Bunlar - vilayətin paytaxtı Fucou şəhərinin Minçin qəsəbəsinin rəhbəri, Kommunist Partiyası Bandun rayonu təşkilatının sədri və onun müavinidir.
Xatırladaq ki, iyulun 9-dan müşahidə olunmağa başlayan Nepartak qasırğasının törətdiyi fəsadlar nəticəsində Fucou şəhərində ümumilikdə 83 sakin ölüb, 19 nəfər itkin düşüb. Şəhərdə 10 minə yaxın ev dağılıb, elektrik və kommunikasiya xətlərinə ciddi ziyan dəyib. Nepartak qasırğasının Fucou şəhərinə vurduğu ümumi maddi zərər 7,1 milyard yuan (1,1 milyard ABŞ dolları) məbləğində qiymətləndirilir. Ən çox dağıntı məhz şəhərin Minçin qəsəbəsi və Bandun rayonunda qeydə alınıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:43]
Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]
Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb
- 28.03.2024 [17:20]