DÜNYA


Çində xarici valyutanın qeyri-qanuni mübadiləsinə görə cəzalar sərtləşdirilib

Bakı, 11 fevral, AZƏRTAC

Çin Xalq Respublikasının (ÇXR) hakimiyyət orqanları xarici valyutanın alqı-satqısı zamanı qeyri-qanuni əməliyyatlara görə cəzaların sərtləşdirilməsi üçün qanunvericiliyə düzəlişlər ediblər.

AZƏRTAC bu barədə “RBK” saytına istinadən xəbər verir.

Fevralın 11-də Çinin Mərkəzi Televiziyası bunun ÇXR Ali Xalq Məhkəməsinin və Ali Xalq Prokurorluğunun izahatından irəli gəldiyini elan edib.

Yeni qaydalara görə, bundan sonra ümumi həcmi 5 milyon yuanı (təxminən 741,6 min ABŞ dolları) keçən xarici valyuta ilə qeyri-qanuni sövdələşmələr və ya buna bənzər əməliyyatlardan əldə olunan 100 min yuandan çox gəlir ağır cinayət hesab ediləcək. Buna bənzər xətaları 5 ilədək həbs cəzası və qeyri-qanuni qazancın 5 misli miqdarında cərimə gözləyir. Lakin xüsusi ağırlaşdırıcı hallarda azadlıqdan məhrumetmə müddəti artırıla bilər.

Hakimiyyət orqanları bu addımı maliyyə sektorunda və xarici valyuta milli bazarında sabitliyin dəstəklənməsi məqsədilə atıblar. Hazırda Çində gizli bank sektoruna qarşı mübarizə kampaniyası aparılır. 2016-cı ildə hüquq-mühafizə orqanları ümumi həcmi 900 milyard yuana (hazırkı məzənnə ilə təxminən 133,3 milyard ABŞ dolları) bərabər qeyri-qanuni bank xidməti göstərən 380 cinayətkar dəstəni ifşa ediblər.

Ötən ay Çin polisi kazinoda nağdlaşdırma məqsədilə Makaoda (Aomen) qeyri-leqal valyuta mübadiləsi və pul köçürmələri ilə məşğul olan daha bir cinayətkar dəstəni ifşa edib. Pekində, Makaoda, həmçinin Hebey, Hubey və Quandun əyalətlərində eyni vaxtda aparılan xüsusi əməliyyatda ümumilikdə 39 nəfər həbs olunub. Müsadirə edilmiş nağd pul və bank hesablarında dondurulmuş vəsaitin həcmi 30 milyard yuan (təxminən 4,43 milyard ABŞ dolları) olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.