DÜNYA


Çində yanacağın qiyməti cari ildə ilk dəfə bahalaşıb

Pekin, 18 yanvar, AZƏRTAC

Çində avtomobil benzini ilə dizel yanacağının topdan və pərakəndə satış qiymətləri bahalaşıb.

AZƏRTAC Çin Milli İnkişaf və İslahat Komitəsinin qərarına istinadla xəbər verir ki, bahalaşmaya səbəb dünya bazarında xam neft qiymətlərinin artmasıdır. Komissiyanın qərarına əsasən, benzin və dizel yanacağının hər tonunun qiyməti müvafiq olaraq 345 yuan (54,25 ABŞ dolları) və 330 yuan (51,9 dollar) artırılıb. Ölkənin neft emalı və satışı şirkətlərindən yanacağın topdan və pərakəndə satış qiymətlərinin yeni qərara uyğunlaşdırılması xahiş edilib. Bu, Çində cari ildə yanacağın ilk qiymət artımıdır.

Qeyd edək ki, Çində qüvvədə olan qiymət mexanizminə əsasən, dünya bazarında neftin qiyməti hər ton üçün 50 yuandan yuxarı həddə qalxarsa və bu qiymət 10 iş günü ərzində qüvvədə olarsa, Çin hökuməti neft məhsullarının satış qiymətini də müvafiq qaydada artırır.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.