DÜNYA


Çində yaz bayramına həsr olunan televiziya şousunu bir milyarddan çox tamaşaçı izləyib

Pekin, 8 fevral, AZƏRTAC

Çində ay təqvimi ilə qeyd olunan yeni ilə - yaz bayramına həsr olunan televiziya şousunu CCTV-də 1 milyard 17 milyondan çox tamaşaçı izləyib.

AZƏRTAC xəbər verir ki, CCTV-nin yaydığı məlumata əsasən, bu, ölkənin televiziya tarixində rekord göstəricidir. Çin Mərkəzi Televiziyasının 36-cı dəfə təşkil etdiyi konsert ölkənin 239 televiziya kanalı vasitəsilə canlı yayımlanıb. Bildirilir ki, təxminən 645 milyon tamaşaçı konserti televiziya kanalları vasitəsilə, 527 milyon nəfər isə internet səhifəsi, mobil əlavələr və sosial şəbəkələr üzərindən izləyib. Çin ilə yanaşı, 163 ölkənin tamaşaçıları da dörd saatlıq konsertə baxıblar.

Builki qala-konsertinin yayımlanmasında bəzi texnoloji yeniliklərdən istifadə edilib. Bura “5G” mobil şəbəkəsi və 4K (ultra high-definition) təsvir ölçülü videoçəkiliş daxildir.

Qeyd edək ki, şərq ölkələrinin ay təqviminə əsasən, bu il fevralın 5-i yeni ilin ilk günü olub. Bu bayram Çində həm də yaz festivalı adlanır. CCTV 1983-cü ildən bəri hər il yaz festivalının bayram axşamı ölkənin tanınmış incəsənət ustalarının və xaricdən dəvət olunan qonaqların iştirakı ilə qala konsert proqramını təqdim edir. Ötənilki konsertdə ABŞ-da yaşayan azərbaycanlı sirk ustası Üzeyir Novruzov da çıxış etmişdi.

 

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.