DÜNYA


Çində yeni autentifikasiya sistemi tətbiq ediləcək

Bakı, 13 fevral, AZƏRTAC 

Çinin “Bank of China Hong Kong” bankının bankomatlarında barmaq damarlarının naxışı vasitəsilə autentifikasiya tətbiq ediləcək. Sistem istifadəçinin barmaq damarlarının naxışının identifikasiyası və skan edilməsi, həmçinin onun sistem faylında saxlanılan nümunə ilə müqayisəsi üçün yaxın infraqırmızı diapazonda işləyən işıq diodundan istifadə edir. Müştərilər yalnız bir dəfə qeydiyyatdan keçməlidirlər ki, sistem onların damar naxışlarını “yadda saxlasın”.

AZƏRTAC psm7.com saytına istinadla xəbər verir ki, yeni autentifikasiya sistemi təhlükəsiz və etibarlı hesab edilir. Çünki hər bir insanın barmaq damarlarının naxışı unikaldır, zamanla dəyişmir və onu təqlid etmək olduqca çətindir. Bundan başqa, Çin bankı tərəfindən istifadə edilən skanerlər, hətta istifadəçinin dərisi zədələndikdə belə işləyəcək.

Artıq 10 min müştəri yeni autentifikasiya sistemindən istifadə üçün qeydiyyatdan keçib. Sistem hələlik adi altırəqəmli şifrələrə əlavə olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.