DÜNYA


Çində yeni öldürücü virusun yayılması ilə bağlı xəbərdarlıq olunub

Bakı, 8 avqust, AZƏRTAC

Çində gənələr vasitəsi ilə yayılan SFTS virusunun yayılması halları qeydə alınıb.

AZƏRTAC Global Times nəşrinə istinadla xəbər verir ki, son məlumata görə, Çində indiyədək 60 nəfər yeni öldürücü virusa yoluxub, 7 nəfər həyatını itirib.

İnfeksiya əvvəlcə Szyansu əyalətində aşkarlanıb, sonra isə Anhoy əyalətinin sakinləri arasında da virusa yoluxma halları müşahidə olunub. Öskürək, yüksək temperatur, həmçinin qanda leykosit və trombosit səviyyəsinin aşağı düşməsi xəstəliyin əsas əlamətlərindəndir.

İlk dəfə 2011-ci ildə aşkarlanan SFTS virusu həm gənələrdən, həm də infeksiyaya yoluxmuş şəxsdən qan və ya ağız suyu vasitəsi ilə digər insana keçir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.