DÜNYA


Çində yol qəzasında 4 nəfər ölüb, 15 nəfər yaralanıb

Pekin, 20 mart, AZƏRTAC

Çinin Xınan vilayətində marşrut avtobusunun yük avtomobili ilə toqquşması nəticəsində 4 nəfər ölüb, 15 nəfər müxtəlif dərəcədə xəsarət alıb.

AZƏRTAC yerli hökumətin yaydığı məlumata istinadla xəbər verir ki, hadisə Quşi dairəsində səhər saatlarında baş verib. Yolayrıcında yük maşınına çırpılan avtobus aşıb. Yaralananlar xəstəxanalara yerləşdiriliblər.

Hadisə ilə əlaqədar araşdırma aparılır.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.