DÜNYA


Çində zəlzələ nəticəsində 500-ə yaxın insan fəlakət zonasında qalıb

Bakı, 18 may, AZƏRTAC

Çinin şimal-şərqində yerləşən Szilin əyalətində baş verən 5,1 bal gücündə zəlzələ nəticəsində 160-dan çox tikili zədələnib, 476 nəfər isə fəlakət zonasında qalıb.

AZƏRTAC Çin KİV-lərinə istinadla xəbər verir ki, yeraltı təkanlar mayın 18-də səhər saatlarında Sunyuan şəhərinin Ninszyan rayonunda qeydə alınıb. Zəlzələnin episentri yer səthindən 10 kilometr dərinlikdə yerləşib.

Sunyuan şəhər administrasiyasının məlumatına əsasən, zərər çəkən rayondan 75 nəfər təxliyə edilib. Regiona dəyən zərər 3,1 milyard yuan həcmində qiymətləndirilir.

Təbii fəlakət nəticəsində həlak olan və yaralananlar barədə hələlik məlumat verilmir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.