DÜNYA
Çində zəlzələ nəticəsində zərər çəkənlərin sayı 100 nəfərə çatıb
Bakı, 16 sentyabr, AZƏRTAC
Çinin cənub-qərbində yerləşən Siçuan əyalətində zəlzələ nəticəsində zərər çəkənlərin sayı 100 nəfərədək artıb.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, təbii fəlakət nəticəsində, həmçinin 1,4 min bina çöküb, 6,4 min tikili ciddi şəkildə zədələnib. Zəlzələ zonasından 70 mindən çox insan təxliyə edilib.
Çin Seysmologiya Mərkəzinin məlumatına görə, yeraltı təkanlar Lucou şəhərinin Lusien rayonunda sentyabrın 16-da yerli vaxtla saat 4:33-də (Bakı vaxtı ilə 00:33) 10 kilometr dərinlikdə qeydə alınıb.
Siçuan vilayəti yüksək aktivliyə malik seysmik zonada yerləşir. 2008-ci ildə burada baş vermiş 8 bal gücündə zəlzələ 70 min nəfərin ölümü və təxminən 18 min insanın itkin düşməsi ilə nəticələnmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [13:55]
İspaniya Baş nazirinin həyat yoldaşına qarşı istintaq başlayıb
- 24.04.2024 [13:05]
İlon Mask Hindistanda avtomobil zavodu tikilməsini təxirə salıb
- 24.04.2024 [12:07]
Artan dövlət borcu yükü Afrikanı yol ayrıcında qoyur - UNECA
- 24.04.2024 [11:57]
Moskva məhkəməsi Rusiya müdafiə nazirinin müavinini həbs edib
- 24.04.2024 [11:50]
Yaponiya arxeoloqları Romada imperator Avqustun sarayını aşkar ediblər
- 24.04.2024 [11:27]