DÜNYA


Çində zəlzələ səbəbindən 14,4 mindən çox insan fəlakət zonasında qalıb VİDEO

Bakı, 3 iyun, AZƏRTAC

Çinin cənub-qərbində yerləşən Siçuan əyalətində baş verən güclü zəlzələ səbəbindən 14,4 mindən çox insan fəlakət zonasında qalıb.

AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumatı güclü seysmoloji aktivliyin qeydə alındığı Yan şəhərinin administrasiyası yayıb. Məlumata görə, axtarış-xilasetmə əməliyyatlarına 7,8 mindən çox insan, o cümlədən təcili yardım xidmətləri, həkimlər və hərbçilər cəlb edilib.

Xatırladaq ki, iyunun 1-də Çinin Seysmologiya Mərkəzi Siçuan əyalətində 6,1 bal gücündə zəlzələ qeydə alıb. Yerli vaxtla saat 17:00-da baş verən zəlzələnin ocağı yer səthindən 17 kilometr dərinlikdə yerləşib. Rəsmi məlumatlara görə, təbii fəlakət nəticəsində ən azı 4 nəfər həlak olub, 42 isə nəfər yaralanıb.

Əyalətin administrativ mərkəzi olan Yan şəhərində 1,4 milyondan çox insan yaşayır.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.