DÜNYA


Çində zəncirvarı avtomobil qəzasında ölən və yaralananlar olub

Pekin, 10 fevral, AZƏRTAC

Çinin Anxoy vilayətində magistral yolda 23 avtomobilin toqquşması nəticəsində 5 nəfər ölüb, 4 nəfər müxtəlif dərəcədə bədən xəsarəti alıb.

AZƏRTAC xəbər verir ki, hadisə fevralın 10-da səhər saat 5:00 radələrində Ançin şəhəri yaxınlığında baş verib. Dörd nəfər hadisə yerində, digəri isə xəstəxanada ölüb. Qəzadan sonra bir neçə saat magistralda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Qeyd edək ki, son günlər Çinin şərq vilayətlərində, o cümlədən Anxoyda qarlı və şaxtalı hava şəraiti müşahidə olunur. Bu cür hava şəraiti yolların buz bağlamasına, nəticədə avtomobil qəzalarının baş verməsinə səbəb olub.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.