DÜNYA


Çində zəncirvarı qəza: 13 ölü, 31 yaralı

Şanxay, 3 noyabr, AZƏRTAC

Çinin Qansu vilayətində avtomagistralda baş verən zəncirvarı qəzada ən azı 13 nəfər ölüb, 31 nəfər yaralanıb. Yaralıların 11-nin vəziyyəti ağırdır.

AZƏRTAC “Chinadaily.com.cn” nəşrinə istinadla xəbər verir ki, hadisə noyabrın 3-də yerli vaxtla saat 19:20-də (Bakı vaxtı ilə 15:20) Lancou şəhəri yaxınlığında avtomagistrala giriş üçün ödəniş məntəqəsində baş verib. İdarəetməni itirən yük maşını ödəniş məntəqəsindəki 30-dan çox avtomobilə çırpılıb.

Hadisə yerinə təcili yardım briqadaları cəlb olunub. Polislər ölü və yaralı sayının arta biləcəyini güman edirlər.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Şanxay

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.