DÜNYA
Çindəki “Beypancian” körpüsü Ginnesin Rekordlar Kitabına düşüb VİDEO
Pekin, 22 oktyabr, AZƏRTAC
Çinin Yunnan və Quycou vilayətlərini birləşdirən avtomagistral üzərindəki “Beypancian” körpüsü Ginnesin Rekordlar Kitabına düşüb.
AZƏRTAC xəbər verir ki, Ginnesin Rekordlar Kitabı Beypan çayının səthindən 565,4 metr yüksəklikdə yerləşən körpünü dünyanın ən hündür körpüsü olaraq tanıyıb. Uzunluğu 1341 metr olan körpü Çinin Xancou şəhərindən Myanma ilə sərhədə qədər uzanan 2935 kilometrlik avtomagistralın üzərində yerləşir. 2013-2016-cı illərdə inşa olunan körpü bölgənin iqtisadi-sosial inkişafına da müsbət təsir göstərir. Belə ki, körpü sayəsində ətrafdakı dağlıq ərazidə yerləşən yaşayış məntəqələrinə yüklərin daşınmasında mövcud olan çətinliklər aradan qaldırılıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [16:31]
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
- 25.04.2024 [15:25]
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
- 25.04.2024 [15:19]
İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb
- 25.04.2024 [15:03]
Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub
- 25.04.2024 [14:58]
UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır
- 25.04.2024 [14:42]
Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır
- 25.04.2024 [14:39]
Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb
- 25.04.2024 [14:32]