DÜNYA


Çindən Özbəkistana dördüncü humanitar yardım gətirilib

Daşkənd, 10 aprel, АZƏRTAC

Koronavirusun qarşısının alınması məqsədilə bu gün Çindən xüsusi reyslə Daşkəndə dördüncü dəfə humanitar yardım və Özbəkistan Səhiyyə Nazirliyinin aldığı tibb avadanlığı gətirilib.

Yardıma müxtəlif tibb avadanlığı, diaqnostik aparatlar, uşaq və böyüklər üçün maskalar, analiz üçün ləvazimat və digər vasitələr daxildir.

Təyyarədə Çin milyarderi Cek Manın “Аlibaba Group” şirkətinin və “Cek Ma” Fondunun Özbəkistana göndərdiyi yardıma qoruyucu maska və kostyumlar, test-sistemlər, məsafə termometri, nəfəs darlığını genişləndirən aparatlar və digər avadanlıqlar daxildir.

Xatırladırıq ki, “Аlibaba Group” şirkəti və “Cek Ma” Fondu Şanxay Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin hamısına belə yardımlar edib.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.