DÜNYA


Çindən Qırğızıstana növbəti humanitar yardım göndərilib

Bişkek, 14 sentyabr, AZƏRTAC

Bu gün Qırğızıstan müstəqilliyinin 30 illiyi münasibətilə Çindən bu ölkəyə COVID-19-la müdafiə tədbirləri çərçivəsində növbəti humanitar yardım göndərilib.

AZƏRTAC Qırğızıstan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, humanitar yardıma 3 milyon ədəd tibbi maska, 100 min ədəd 95 nömrəli tibbi maska, 20 min komplekt tibbi kostyum daxildir.

Səhiyyə nazirinin müavini Uluqbek Bekturqanov “Manas” beynəlxalq hava limanında humanitar yardımı qəbul edərkən Çin tərəfinə minnətdarlıq edib, əmin olduğunu bildirib ki, göndərilən müdafiə maska və kostyumları ölkədə COVID-19-un qarşısının alınmasına yardımçı olacaq.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.