İQTİSADİYYAT


Çindən Türkiyəyə konteyner qatarları daha tez çatmağa başlayıb VİDEO

Bakı, 15 iyul, AZƏRTAC

Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri – “ADY Konteyner” (Azərbaycan), “KTZ Express” (Qazaxıstan), “GR Logistics” (Gürcüstan) və “Pasifik Eurasia Logistics” (Türkiyə) arasında qurulmuş, yaxşı əlaqələndirilmiş iş sayəsində Çindən Türkiyəyə yüklərin vaxtından tez çatdırılması artıq mütəmadi xarakter almağa başlayıb.

“ADY Konteyner”dən AZƏRTAC-a bildirilib ki, Siandan İstanbula istiqamət götürən daha bir blok qatarını vaxtından 3 gün tez mənzil başına çatdırmaq mümkün olub. 47 konteynerdən ibarət qatar Sian-İstanbul marşrutunu 16 günə (normativ 19 gün) başa vurub.

Müxtəlif yüklərin daşındığı 40 futluq konteynerlər Qazaxıstanın Aktau limanından Bakı Limanına operatoru “ADY Konteyner” şirkəti olan “Beket-Ata” fider gəmisi ilə çatdırılıb. Daha sonra konteynerlər platformalara yüklənərək Bakı-Tbilisi-Qars dəmir yolu (BTQ) vasitəsilə Türkiyə istiqamətində yola salınıb.

Qatar Bakı Limanından Böyük Kəsik stansiyasına qədər olan məsafəni 18 saata (normativ 24 saat), yəni 6 saat tez qət edib. Konteynerlərin Axalkalakidə aşırılmasına 11 saat (normativ 24 saat), Qarsda aşırılmasına isə 4 saat (normativ 24 saat) vaxt sərf edilib. Konteyner qatarı Qarsdan İstanbula 53 saata çatdırılıb. Bu isə normativdən 43 saat tez deməkdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.