İQTİSADİYYAT


Çindən gələn blok qatarı Türkiyədə təntənə ilə qarşılanıb

Ankara, 6 noyabr, AZƏRTAC

Çinin Sian şəhərindən Avropa istiqamətində yola düşən qatar Bakı-Tbilisi-Qars dəmir yolu ilə Ankaraya çatıb. Noyabrın 6-da bu münasibətlə Ankarada qatarın təntənəli şəkildə qarşılanma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə Azərbaycan, Türkiyə, Çin, Qazaxıstan və Gürcüstan rəsmi şəxsləri iştirak ediblər.

Çıxışlardan sonra ilk olaraq Türkiyə və Çin, ardınca Azərbaycan, Türkiyə, Çin, Qazaxıstan və Gürcüstan arasında növbəti əməkdaşlıq sənədləri imzalanıb.

Qeyd edək ki, Çin Xalq Respublikası “Bir kəmər, bir yol” strategiyası ilə özünün dəmir yolu əlaqələrini sürətlə şaxələndirir. Bu strategiya Çin, Asiya, Yaxın Şərq və Avropanı bir-birinə birləşdirən böyük bir nəqliyyat, investisiya, enerji və ticarət şəbəkəsini formalaşdırmağı hədəfləyir. Çinin 2013-cü ildə təşəbbüs göstərdiyi bu strategiya iki əsas inkişaf istiqamətini nəzərdə tutur: “İpək Yolu İqtisadi Kəməri” və “Dəniz İpək Yolu”. Burada söhbət malların Şərqdən Qərbə güzəştli şərtlərlə birbaşa daşınması üçün ticarət dəhlizinin yaradılmasından gedir.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.