ELM VƏ TƏHSİL
Çindən kosmosa yük gəmisi göndəriləcək
Bakı, 15 fevral, AZƏRTAC
Çinin ilk kosmik yük gəmisi olan “Tiencou-1” cari ilin aprelində orbitə buraxılacaq.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, gəmi Çinin şimalındakı liman şəhəri olan Tiencində hazırlanıb. “Tiencou-1” artıq bu ölkənin Haynan əyalətində fəaliyyət göstərən Vınçang Atma Mərkəzinə gətirilib. Yük gəmisi burada montaj və test prosedurundan keçərək orbitə buraxılması üçün hazır vəziyyətə gətiriləcək.
Altı ton yük daşıya biləcək “Tiencou-1” orbitdə kosmik stansiyanın yaradılması istiqamətində böyük töhfələr verəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]