REGİONLAR
Çindən ölkəmizə gətirilmiş tut tinglərindən 14 min ədədi Ağstafa rayonunda əkiləcək
Ağstafa, 6 dekabr, Rauf Hacıyev, AZƏRTAC
Baramaçılığın yem bazasının yaradılması məqsədilə yaxın günlərdə Çindən ölkəmizə gətirilmiş 1 milyon ədəd tut tingindən 14 mininin Ağstafa rayonu ərazisində əkilməsi nəzərdə tutulub.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, tinglərin əkini üçün rayonun qəsəbə və kəndlərində bələdiyyə və xüsusi mülkiyyətə aid torpaq sahələri müəyyənləşdirilib.
Artıq bu istiqamətdə işlərə də başlanılıb və qısa müddətdə 4 min ədəd tut tinginin rayonun Qırılı, Qıraq Kəsəmən və Sadıqlı kəndlərində əkilməsi təmin olunub.
Qeyd edək ki, ilin sonuna kimi daha 10 min tut tinginin əkilməsi planlaşdırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]