MƏDƏNİYYƏT


Çingiz Abdullayev: Konyak şəhərində Məhsəti Gəncəvinin abidəsini görmək fəxr doğurur

Konyak, 21 oktyabr, AZƏRTAC 

Azərbaycan yazıçılarına göstərdiyi dəstəyə görə Prezidentimizə minnətdaram. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya mədəniyyətimizin təşviqinə verdiyi töhfələrə görə təşəkkür edirəm.

Konyak kimi min illiyi olan bir şəhərdə böyük şairəmiz Məhsəti Gəncəvinin Heydər Əliyev Fondunun dəstəyi ilə ucaldılmış abidəsini görmək yalnız qurur, fəxr hissi oyadır.

Bu fikri Azərbaycan Yazıçılar İttifaqının katibi, Penklubun prezidenti, bütün dünyada detektiv əsərləri ilə tanınan Çingiz Abdullayev AZƏRTAC-a müsahibəsində söyləyib.

32 dildə 30 milyon kitabım nəşr olunub. Əsərlərim əsasında 10 film çəkilib. 201 kitab yazmışam. Ancaq Jorj Simenon 300 kitab yazıb. Qeyd edib ki, Türkiyədə beynəlxalq detektiv əsərlər sərgisində əsərləri nümayiş olunub. Den Braun, Jon Lö Karre, Jorj Simenon, Kanan Doyl, Edqard Po, Reymond Çandler, Umberto Eko kimi 12 ən yaxşı detektiv yazıçıdan 12-si Çingiz Abdullayevin adıdır.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Konyak

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.