DÜNYA
Çingiz Aydarbekov Qırğızıstanın xarici işlər naziri təyin edilib
Bişkek, 17 oktyabr, AZƏRTAC
Çingiz Aydarbekov Qırğızıstanın xarici işlər naziri təyin edilib.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Qırğızıstan Prezidenti fərman imzalayıb. Bundan əvvəl Ç.Aydarbekov Qırğızıstanın Yaponiyadakı səfiri işləyib.
Yeni nazirin 41 yaşı var, əmək fəaliyyətinə 1998-ci ildə Qırğızıstanın Xarici İşlər Nazirliyində başlayıb. Nazirlikdə və Qırğızıstan parlamentində məsul vəzifələrdə çalışıb, 2016-cı il aprelin 18-dən Yaponiyada işləyib.
Xatırladırıq ki, Qırğızıstanın sabiq xarici işlər naziri Erlan Abdıldaev bu il oktyabrın 12-də istefa vermişdi.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [17:22]
CFCM: Fransada islamofobiya halları son dərəcə artıb
- 19.04.2024 [16:43]
Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib
- 19.04.2024 [16:34]
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
- 19.04.2024 [15:55]
NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib
- 19.04.2024 [15:28]
Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb
- 19.04.2024 [15:00]