İDMAN


Çingiz Hüseynzadə: 37-ci qış çempionatında iştirak edən idmançıların sayının artması bizi sevindirir

Bakı, 8 fevral, AZƏRTAC

Atletika üzrə 37-ci qış çempionatında iştirak edən idmançıların sayının artması bizi sevindirir.

Bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə fevralın 8-də AZƏRTAC-a müsahibəsində deyib.

Ç.Hüseynzadə bildirib: “Çempionatda 240 idmançı iştirak edir. Bu, bizi çox sevindirir. Çünki adətən qış yarışlarında idmançıların sayı az olur. Lakin bu çempionatda kifayət qədər idmançı iştirak edir. Ümid edirik ki, bu çempionatda göstərilən nəticələr cari ildəki beynəlxalq yarışlarda idmançılarımızın çıxışını təmin edəcək”.

Azərbaycan atletlərinin qarşıdakı yarışları barədə danışan federasiya prezidenti qeyd edib: “Bu il atletlərimiz Qətərin paytaxtı Dohada dünya çempionatında, eləcə də gənclər və yeniyetmələr arasında Avropa çempionatlarında iştirak edəcəklər. Bizim üçün ən maraq və əsas yarış iyulda Bakıda keçiriləcək Avropa Gənclərinin Yay Olimpiya Festivalıdır. Azərbaycanın atletika komandası bu mötəbər yarışda mübarizəyə qoşulacaq. Ümid edirik ki, atletlərimiz bu yarışlarda da müvəffəqiyyət qazanacaqlar”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.