İDMAN


Çingiz Hüseynzadə Avropa Olimpiya Komitəsinin Olimpiya Oyunları Komissiyasının iclasına sədrlik edib

Bakı, 17 yanvar, AZƏRTAC

Yanvarın 17-də İsveçrənin Lozanna şəhərində Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadənin sədrliyi ilə Avropa Olimpiya Komitəsinin Olimpiya Oyunları Komissiyasının iclası keçirilib.

MOK-dan AZƏRTAC-a bildiriblər ki, Milli Olimpiya Komitələri Assosiasiyasının baş qərargahında keçirilən iclasda Avropa idman modeli, Avropa Olimpiya Komitəsinin Şamorin iclası, Olimpiya Xartiyasının 40-cı və 50-ci maddələri, “Tokio 2020” Yay Olimpiya Oyunlarına hazırlığın gedişi müzakirə olunub.

Ç.Hüseynzadənin sədrliyi ilə keçirilən bu iclasın əsas məqsədi Avropa qitəsinin qarşıda gələn Olimpiya Oyunları ilə bağlı məsələlərə münasibətini müəyyənləşdirməyə yönəlib. Komissiyanın üzvləri iclas zamanı müxtəlif idman tədbirləri barəsində fikir mübadiləsi aparıb, bir sıra digər məsələlər müzakirə olunub.

Bu komissiyanın üzvlərinə Belarus, İspaniya, İtaliya, Almaniya, Yunanıstan, Kosovo, Polşa, Rusiya, Malta, Norveç, San-Marino, Moldova və Böyük Britaniyadan nümayəndələr daxildir.

Avropa Olimpiya Komitəsinin Olimpiya Oyunları Komissiyasının iclası qarşıdakı dövrdə həllini gözləyən bir çox məsələlərin müzakirəsi və həyata keçirilməsi baxımından mühüm tədbirdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.