Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

Çingiz Mustafayev: Azərbaycan qılıncoynatmasının əvvəlki şöhrətini qaytarmaq üçün əsaslı zəmin yaradılır

Çingiz Mustafayev: Azərbaycan qılıncoynatmasının əvvəlki şöhrətini qaytarmaq üçün əsaslı zəmin yaradılır

Bakı, 3 noyabr, AZƏRTAC

Ölkəmizdə qılıncoynatmanın tarixi ənənələri mövcuddur. Müasir idman tariximizdə Azərbaycan qılıncoynatma məktəbinin yetirmələri Olimpiya, dünya çempionatlarında parlaq qələbələri ilə böyük şöhrət qazanıblar. Hazırda Azərbaycan Qılıncoynatma Federasiyasının rəhbərliyi bu idman növünün inkişafı istiqamətində bir sıra tədbirlər həyata keçirir. Azərbaycan qılıncoynatmasının dünya şöhrətini qaytarmaq üçün əsaslı zəmin yaradılır.

Bu sözləri AZƏRTAC-a müsahibəsində qılıncoynatma üzrə yığma komandanın baş məşqçisi Çingiz Mustafayev deyib.

Ötən dünya çempionatının nəticələri göstərdi ki,
biz bu sahədə uğurlar əldə edə bilərik

Qılıncoynatma üzrə yığma komandanın liderlərindən danışan baş məşqçi Sevil və Sevinc Bünyatova bacılarının artıq bu idman növü üzrə bir sıra nailiyyətlər qazandıqlarını, birinci Avropa Oyunlarında mükafata layiq yer tutduqlarını bildirib. Qeyd edib ki, yığma komandanın qarşısında duran ümdə vəzifə növbəti olimpiadaya vəsiqə qazanmaq və bu möhtəşəm yarışlarda uğurlu iştiraka nail olmaqdır: “2019-cu il ciddi sınaq illərindən biridir. Olimpiya Oyunlarına lisenziya xarakterli yarışlarda yüksək nəticələr əldə etmək üçün fasiləsiz məşqlər keçirik. Ötən dünya çempionatının nəticələri göstərdi ki, bu sahədə uğurlar əldə edə bilərik. Səbinə Kərimova (Mikina), Sevil və Sevinc Bünyatovadan ibarət sablya üzrə qadınlardan ibarət komandamız dünya çempionatının ilk mərhələsində Tailand millisinə qalib gəlsə də, səkkizliyə düşmək uğrunda görüşdə İtaliya millisinə az fərqlə məğlub oldu. Komandamız 13-14-cü yerlər uğrunda görüşlərdə Honkonq və İran millilərini məğlub edərək 13-cü sırada qərarlaşdı. Düşünürəm ki, hazırlaşmağa bir neçə ay vaxtımız olsa idi, nəticələr daha yaxşı ola bilərdi. Səbinə Kərimova bu ilin aprelində ana olub. Məşqlərə bir il fasilə verdikdən sonra dünya çempionatı onun iştirak etdiyi ilk böyük yarış idi. Hazırda təlim-məşqlərə qatılıb və bərpa prosesi keçir. Yığmanın liderlərindən biri olan Kənan Əliyev ötən il dünya və Avropa kuboku yarışlarında gücünü sınayıb. Avropada 24-cü, dünya kubokunda isə 20-ci olub”.

Uşaq və yeniyetmələr idmanın bu növünün sirlərinə
bölmələrdə ödənişsiz yiyələnə bilərlər

Ötən ilin noyabrından yığmanın sükanı arxasına keçən baş məşqçi əvvəlki aylar ərzində komandalara baxış, onların tərkibinin müəyyənləşdirilməsi, seleksiya işləri ilə bağlı xeyli iş görüldüyünü deyib: “Yığma komandaya 12 məşqçi cəlb etmişik. Bu yaxınlarda iki legioner məşqçi ilə də danışıqlar aparılıb. Onlardan biri – Ukraynanın yeniyetmələrdən ibarət yığma komandasının baş məşqçisi Alyona Miranyuk artıq komandamızda çalışır. Vadim Şturbavinin isə (hazırda yetirməsi Almaniya yığmasında çıxış edir) isə yanvardan yığmamızda fəaliyyəti planlaşdırılır. Gələcəkdə nəticələrin yüksək olacağını gözləyirik. Təqvim planında nəzərdə tutulan demək olar ki, bütün yarışlarda iştirak edir, qılıncoynadanlarımızın ustalığını artırır, komandamızın səviyyəsini yüksəldirik. İdmançılarımız mütəmadi olaraq Rusiya, Ukrayna və Türkiyədə təlim-məşq toplanışlarında iştirak edirlər. Bir ay bundan əvvəl Zağulbadakı bazamızda təlim-məşqlərə İraq komandası da qatılmışdı. Orta məktəblər, uşaq-gənclər idman məktəbləri ilə sıx əlaqədə işləyirik. 10-11 yaşdan yuxarı uşaq və yeniyetmələr bu idman növünün sirlərinə bölmələrdə ödənişsiz yiyələnə bilərlər. Vaxtilə Azərbaycan qılıncoynatma məktəbi İlqar Məmmədov, Boris Koretski kimi dünya şöhrətli qılıncoynadanlar yetişdirib. Hazırda Rusiya, Amerika, Belarus, Ukrayna, Türkiyə, Honkonq və digər ölkələrdə baş məşqçi və məşqçi kimi fəaliyyət göstərən azərbaycanlı idman ustaları dünyada qılıncoynatmanın inkişafına böyük töhfələr verirlər”.

Qılıncoynatmanın inkişafı istiqamətində görülən işlər davam etdirilir

Çingiz Mustafayev ölkəmizdə idmanın bu növünün inkişafı üçün güclü maddi-texniki bazanın yaradıldığını da qeyd edib. Azərbaycan Texniki Universitetin İdman Sarayında müasir standartlara cavab verən 2, ümumilikdə isə köhnə məşq zalı da nəzərə alınmaqla 3 zal qılıncoynadanlarımızın ixtiyarındadır. Bölgələrdə də qılıncoynatmanın inkişaf perspektivlərinə toxunan Ç.Mustafayev gələn ildən Sumqayıt və Gəncədə də bu idman növü üzrə bölmələrin açılacağını qeyd edib. O, bu il keçirilən yarışlarda komandamızın uğurlu nəticələrindən də söhbət açıb. Bildirib ki, qılıncoynadanlarımızın nəticələri getdikcə yaxşılaşır. 

Baş məşqçi sablya və şpaqa ilə yanaşı, bir müddət durğunluq yaşanan rapirada da əməli işlərin görüldüyünü bildirib: “Bu növ Azərbaycanda bir vaxtlar çox məşhur olub. İlqar Məmmədov və Boris Koretski məhz rapira üzrə yarışlarda Olimpiya çempionu olublar. Hazırda 25 gənc rapiraçıdan ibarət komandamızın hazırlığını yüksəltmək üçün görülən işləri davam etdiririk”.

Ümid edirik ki, təmsilçilərimiz potensiallarından maksimum
istifadə edib göstərilən etimadı doğruldacaqlar

Çingiz Mustafayev ilin son aylarında qılıncoynadanlarımızı ciddi sınaq gözlədiyini deyib. O, bu yarışlarda təmsilçilərimizin ümidləri doğruldacaqlarına inandığını bildirib: “Şpaqaçılarımız noyabrın 17-18-də Latviyanın paytaxtı Riqada gənclər arasında dünya kuboku, noyabrın 23-25-də İsveçrənin Bern şəhərində böyüklər arasında Qran-Prinin fərdi və komanda yarışlarında iştirak edəcəklər. Gənc şpaqaçılar artıq sabahdan, böyüklərdən ibarət yığma isə noyabrın 10-dan yarışlara hazırlıq məqsədilə Moskvada təlim-məşqlərə qatılacaqlar.

Sablya üzrə noyabrın 9-da Fransanın Orlean şəhərində qadınlar arasında dünya kuboku keçiriləcək. Hazırda yığma komanda Ukraynada təlim-məşq toplanışındadır. Təlim-məşqlər ötən ayın 24-dən başlayıb və yığmamızla birgə Türkiyə idmançıları orada iştirak edirlər. Noyabrın 10-11-də İstanbulda oğlanlar və qızlar arasında EFC Kadet Sirkuit yarışında fərdi hesabda üç oğlan, iki qız, komanda yarışında üç oğlan idmançımız mübarizə aparacaq. Noyabrın 16-da isə təmsilçilərimiz Sofiyada U-14 Avropa Kadet Sirkuit yarışında güclərini sınayacaqlar. Həmin yarışlara hazırlıq məqsədilə 9 nəfərdən ibarət yığma komanda noyabrın 1-dən 8-dək Ankarada təlim-məşq toplanışında iştirak edirlər. İstanbul və Sofiya şəhərlərində keçiriləcək yarışlarda qılıncoynadanlarımızdan əlavə hakimimiz Erol Həsənli də iş başında olacaq.

Noyabrın 24-25-də isə gənc sablyaçılarımız bu ilin ən mühüm yarışlarından olan və Tehranda keçiriləcək dünya kubokunda iştirak edəcəklər. Ümid edirik ki, təmsilçilərimiz öz potensiallarından maksimum istifadə edib göstərilən etimadı doğruldacaqlar”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kürdəmirdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Təzadlı obrazlar ustası

Panama sahillərində zəlzələ qeydə alınıb

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Rusiyanı Çində müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb