MƏDƏNİYYƏT
Çingiz Mustafayev “Nur-Sultan Music Awards-2019” festivalının mükafatını qazanıb
Nur-Sultan, 22 avqust, AZƏRTAC
Qazaxıstanın paytaxtı Nur-Sultanda “Nur-Sultan Music Awards-2019” üçüncü beynəlxalq musiqi festivalı keçirilib.
AZƏRTAC xəbər verir ki, festivala Azərbaycan, Qazaxıstan, Rusiya, Ukrayna, Fransa, Gürcüstan, İtaliya və Özbəkistanı təmsil edən musiqi sənətinin ən parlaq simaları toplaşıb.
Azərbaycanı bu festivalda təmsil edən gənc müğənni və bəstəkar Çingiz Mustafayev “Eurovision-2019” mahnı yarışmasında ifa etdiyi “Truth” (Doğru) mahnısını səsləndirib. Həmyerlimiz “Nur-Sultan Music Awards-2019” festivalının mükafatına layiq görülüb.
İştirakçı ölkələrin estrada ulduzları səhnədə populyar hit mahnıları ilə tamaşaçıları sevindiriblər.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [20:37]
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO
- 19.04.2024 [18:06]
“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub
- 19.04.2024 [15:52]
Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar...
- 19.04.2024 [15:37]
Əməkdar incəsənət xadimi Məmmədağa Umudovla görüş
- 19.04.2024 [14:28]
Naxçıvanda “Sazlı, sözlü kəlağayı günləri” silsilə tədbirlərlə davam edib
- 19.04.2024 [12:52]
“Cırtdan” balacaları Şuşa Teatrında qarşılayacaq
- 19.04.2024 [11:41]