Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Çingiz Qənizadə: Ermənistanın tarixi-mədəni abidələrə qarşı törətdiyi soyqırımına siyasi-hüquqi qiymət verməlidir

Çingiz Qənizadə: Ermənistanın tarixi-mədəni abidələrə qarşı törətdiyi soyqırımına siyasi-hüquqi qiymət verməlidir

Bakı, 17 avqust, AZƏRTAC

XX əsrdə ermənilərin azərbaycanlılara qarşı apardıqları etnik təmizləmə və tarixi abidələrə qarşı həyata keçirilən vandalizm aktları nəticəsində monoetnik Ermənistan dövləti yaradılıb. Azərbaycanlıların mövcudluğuna dəlalət edən bütün tarixi-memarlıq abidələri yer üzündən silinib, qəbiristanlıqlar isə dağıdılıb. Bir sözlə, Ermənistan həm azərbaycanlılara, həm də Azərbaycan mədəniyyətinə qarşı soyqırımı aktı törədib. Təəssüf ki, fəaliyyətini humanitar siyasət üzərində quran bir sıra beynəlxalq təşkilatlar Ermənistanın Azərbaycanın tarixi-mədəni abidələrini yerlə-yeksan etməsinə susqunluq nümayiş etdirir, bu günə qədər həmin məsələyə münasibət bildirməyib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə söyləyib.

Hüquq müdafiəçisi bildirib ki, humanitar siyasətlə məşğul olan beynəlxalq təşkilatlar mədəniyyət və təhsil yolu ilə dünyamızın sülh və təhlükəsizliyini qorumaq məqsədinə xidmət edirlər. Əslində, belə qurumlar millətlərarası qarşılıqlı əlaqələri inkişaf etdirərək, anlaşmanı təmin etmək, insanları bir-birinə yaxınlaşdırmaq, habelə dünyanın geri qalmış ölkələrində kütləvi savadsızlığın aradan qaldırılması kimi prioritet istiqamətləri özünün əsas fəaliyyəti hesab edirlər. Təbii ki, yeni nəslə sülh və insanlıq sevgisi vermək şübhəsiz ki, mədəniyyət və elm yolu ilə mümkündür. Mədəniyyət və elm insanlığa doğru yol göstərir. Dünyanı sülhə, insanlığa xoşbəxtliyi gətirəcək yol, azadlıq, mədəniyyət və elm yoludur: “göründüyü kimi, belə beynəlxalq təşkilatların proqramında necə xeyirxah, sülhməramlı, xalqlar arasında dostluq münasibətlərini yaxşılaşdıran, bu yolda bütün vasitələrdən yararlanmaq kimi gəlişi gözəl sözlər, ifadələr var. Bu proqramda millətlərarası ayrı-seçkilik, xüsusilə dini zəmində fərqləndirmə barəsində bir kəlmə də yoxdur. Ancaq Ermənistanın soydaşlarımıza və tarixi-mədəni abidələrimizə qarşı törətdikləri vandal aktlarına qarşı ciddi tədbir görən beynəlxalq təşkilata rast gəlmədik.

Ç.Qənizadə deyib ki, Ermənistanda monoetnik dövlət yaradılandan bəri təkcə həmin torpaqlardan azərbaycanlılar köçürülməyib. Eyni zamanda, İslam dini ilə bağlı müqəddəs abidələrimiz, məscidlər, mədrəsələrin əksəriyyəti imkan düşdükcə ermənilər tərəfindən dağıdılıb. İrəvan şəhəri daxil olmaqla, Qərbi Azərbaycan torpaqlarında kifayət qədər dini-tarixi abidələr var idi. Onlar bununla da kifayətlənmədilər. Saxtakarlığa əl ataraq həmin torpaqlarda olan alban abidələrini erməniləşdirməyə başladılar. Alban abidələri ermənilərin qədim tarixi kimi təqdim edildi. Lakin bu, əbədi ola bilməzdi. Ancaq işğalçı ölkəyə elə gəlirdi ki, işğal etdikləri Azərbaycan ərazilərində havadarlarının köməyi ilə əbədi məskən salacaqlar. Bundan istifadə edib mədəni abidələrimizi yer üzərindən silmək istəyirdilər.

Hüquq müdafiəçisi Ermənistanda Azərbaycan xalqının tarixi-mədəni irsinin dağıdılması, silinməsi prosesinin 1990-cı illərdən sonra geniş vüsət aldığını, işğal dövründə həmin ərazilərdəki vandalizmlə paralel aparıldığını bildirib. Deyib ki, Azərbaycan xalqının tarixi-mədəni irsinə qarşı erməni faşizmi məqsədyönlü dövlət siyasəti aparıb: “Torpaqlarımızı 30 il işğal altında saxlayan Ermənistan ordusu Azərbaycanın misilsiz mədəniyyət abidələrini məhv etmişdir. Bunu faktlar da təsdiqləyir: “Ermənistan tərəfindən işğal edilmiş qədim Azərbaycan torpaqlarında dünya əhəmiyyətli 13, ölkə əhəmiyyətli 292 və yerli əhəmiyyətli 330 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi, tarix və mədəniyyət abidələri olmuşdur. Bununla yanaşı, 40 mindən çox eksponatın toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert salonu, 31 məscid, 9 tarixi saray, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbi, 103 min 200 ədəd mebel avadanlığı, 5640 musiqi aləti, 481 kinoqurğu, 20 ədəd kinokamera, 423 videomaqnitofon, 5920 dəst milli kişi və qadın geyimləri, 40 dəst səsgücləndirici, 25 iri və 40 kiçik həcmli attraksion işğal olunmuş ərazilərdə qalmışdır.

Komitə sədri Vətən müharibəsindəki tarixi Qələbəmizdən sonra işğaldan azad edilmiş ərazilərə səfər edən xarici jurnalistlər, diplomatik korpusların və beynəlxalq təşkilatların nümayəndələrinin gördüklərindən dəhşətə gəldiyini vurğulayıb. Bununla yanaşı, İrəvanda Azərbaycan irsi dağıdılmış, toponimlərimiz məhv edilmiş, Azərbaycana məxsus mədəniyyət abidələri ya yerlə-yeksan edilmiş, ya da erməniləşdirilmişdir.

Ç.Qənizadə deyib ki, istər Birinci, istərsə də İkinci Qarabağ müharibəsi dövründə erməni faşistləri Azərbaycan xalqına qarşı hansı soyqırımı həyata keçiribsə, onun mədəni-dini abidələrini necə məhv edibsə, İrəvandakı, Zəngəzurdakı tarixi abidələrə qarşı da eyni vəhşiliyi törədiblər. Xalqımıza məxsus olan və salamat qalmış müəyyən abidələri isə ermənilər azərbaycanlıları 1948-1953-cü illərdə deportasiya edərkən dağıdıblar. 1980-ci illərin ortalarında azərbaycanlılar İrəvandan köçürüləndən sonra yer adları, şəhər-kənd, dağ adları birmənalı olaraq erməniləşdirilib. Bu gün hansı şəhərə, kəndə baxırsan, onun əvvəlki adı Azərbaycana məxsus olub, lakin sonradan erməniləşdirilib. Düşmən o qədər həyasızlaşmışdı ki, hətta qədim Azərbaycan ərazisi olan Zəngəzurun, Ağdamın, Füzulinin də adını dəyişmişdi.

Komitə sədi bildirib ki, İkinci Qarabağ müharibəsində qazandığımız şanlı Qələbə ermənilərin bütün arzularını ürəyində qoydu. Artıq bütün dünya erməni vandallığının şahididir. Söz yox ki, dövlətimiz, həmçinin Heydər Əliyev Fondu ermənilərin dağıtdıqları tarixi-mədəni abidələri bərpa edir, adları dəyişdirilmiş rayonlarımızın, eləcə də yaşayış məntəqələrimizin əvvəlki adları bərpa olunub. Buna baxmayaraq, beynəlxalq təşkilatlar Ermənistanın tarixi-mədəni abidələrə qarşı törətdiyi soyqırımına siyasi-hüquqi qiymət verməlidirlər”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib

Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub

İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb

“Morgenland” Odlar Yurdu ilə görüşür” - Azərbaycan və Almaniya musiqiçilərinin birgə layihəsi təqdim olunub

Nazir: “SİMA İmza” tətbiqinin xarici ölkələrə ixracı üçün danışıqlar aparılır

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

Taha Ayhan: Məqsədimiz Şuşanın azad olunma hekayəsini bütün dünyaya çatdırmaqdır

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Fərid Qayıbov: İl ərzində Şuşada gənclər üçün müxtəlif tədbirlər keçiriləcək

Roma Papasının səhhəti yaxşılaşıb

Elektron Təhlükəsizlik Xidməti OIC-CERT kibertəhlükəsizlik təşkilatına üzv olub

Nazirlik: Taksilərin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız iyulun 1-dən idxal edilən avtomobillərə şamil edilir

N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz

“Clarivate” şirkətinin nümayəndəsi seçilmiş jurnalların əməkdaşları üçün təlim keçəcək

Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb

“Şuşa İƏT Gənclər Paytaxtı - 2024” beynəlxalq proqramının keçirilməsinə dair öhdəlik protokolu imzalanıb

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Canını Vətənə fəda edənlər – Elçin Şükürov

Bağçalara müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsinin qaydaları açıqlanıb

Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb

Mingəçevirdə yataqxana binasında yanğın olub, sakinlər təxliyə edilib

ABB Ağdaş filialını da yeniləyib

Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb

“İnsanlıq əleyhinə cinayət: soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar” mövzusunda konfrans keçirilib

Sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində AYNA-nın loqosu olacaq

Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq

Taksi fənərləri ilə bağlı tələb müəyyənləşib

Qərbi Azərbaycan yallıları ilə bağlı kitabın təqdimatı olub

Akademik Əhəd Canəhmədov Niderlandda beynəlxalq tədbirdə elmi məruzə ilə çıxış edib

Azərbaycanla Misir arasında qida məhsullarının dövriyyəsini genişləndirmək məsələsi müzakirə olunub

Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib

AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib

“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır

Buraxılış tarixi on beş ildən çox olan avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcəklər

Sumqayıtda yolların təmirinə başlanılıb VİDEO

Şokoladın həddindən artıq yeyilməsi baş ağrıları və qan təzyiqinin dəyişməsinə səbəb ola bilər

Ağciyər Xəstəlikləri İnstitutunda Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunan elmi-praktik konfrans keçirilib

“The Nation” qəzeti: ABŞ söz və fikir azadlığını qoruduğunu bildirir, lakin jurnalistlərin qətlinin təşkilində iştirak edir

Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydasında dəyişiklik edilib

"IELTS imtahanına təşviq" layihəsi çərçivəsində 300 nəfər uğurlu nəticə əldə edib

Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib

Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş

Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb

Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib

Azərbaycan və Türkiyə birgə tarixi film çəkəcəklər

“Azərbaycanda sürüşmə hadisələrinin kataloqu” Moskvada nəşr edilib

Korsikanın muxtariyyətinə dair qanun layihəsi qəbul olundu, deputat etiraz etdi: Bu, buxovdur

Birinci Beynəlxalq Opera Festivalının ən gənc iştirakçıları çıxışa hazırlaşırlar

Taksilərin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər təsdiqlənib

BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir

Kino Agentliyində “Kinematoqrafiya haqqında” Qanunun yenilənməsi məqsədilə işçi qrupu yaradılır

Novruz bayramı günlərində yollarda 39 yol-nəqliyyat hadisəsi baş verib

Bakı şəhərətrafı dəmir yolu nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları təsdiqlənib

“Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1048-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Bakı şəhərətrafı dəmiryol nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Federasiya rəsmisi: “Böyük İpək Yolu” beynəlxalq turnirinin keçirilməsi ölkəmizdə boksun inkişafına müsbət təsir göstərəcək

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 5 avqust tarixli 279 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 173 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qafqazşünaslıq İnstitutunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş dəyirmi masa keçirilib

Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafozadan

Şərqşünas alimin məqaləsi Tehranda çap olunub

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Biləsuvarda vətəndaşları qəbul edib

Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb

Latviyanın xarici işlər naziri istefa verib

Beynəlxalq ekspert: COP29 Azərbaycanın iqtisadi mövqeyini gücləndirməsi üçün strateji fürsətdir - MÜSAHİBƏ

Əcnəbi tələbələr Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

Qızıl medal qazanan boksçu: Rəqiblərim güclü olsa da, yarış mənim üçün yaxşı keçdi

AzTU Türkiyə universitetləri və istehsalat müəssisələri ilə əməkdaşlıq əlaqələrini genişləndirir

Azərbaycanın daha 2 boksçusu "Böyük İpək Yolu" turnirində qızıl medal qazanıb

BDU-da 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub

ATU rəhbərliyinə institusional akkreditasiya şəhadətnaməsi təqdim olunub

Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb

Şərqşünaslıq İnstitutunda Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb

Azərbaycanlı kinoprodüser beynəlxalq kino forumunda münsiflər heyətinə daxil edilib

YAP Səbail rayon təşkilatı Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirib

“Azərbaycanda sənayeləşdirmə: reallıqlar və perspektivlər” – yeni nəşr

Yığmanın baş məşqçisi: Toplanışda keçirdiyimiz matçlar kifayət qədər faydalı oldu

DGK sədri Misir səfiri ilə görüşüb

Şirvan–Salyan Regional Təhsil İdarəsinin fəaliyyəti ilə bağlı müraciətlərə bu nömrə cavab verəcək

Daxili işlər naziri Şamaxıda vətəndaş qəbulu keçirib VİDEO

Fövqəladə Hallar Nazirliyi və “Azərbaycan Dəmir Yolları” QSC birgə təlim keçirib VİDEO

Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti çap olunub

Paytaxt sakininin telefon və çantasını talayan şəxs saxlanılıb VİDEO

“AMEA-da elektron hərəkat və yeni çağırışlar” - seminar

Misirin aparıcı media nümayəndələri ilə görüş olub

“Ermənistanın dostları” şəbəkəsinin əsas məqsədi bölgədə Aİ-nin maraqlarını həyata keçirməkdən ibarətdir - RƏY

Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək

“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Nyu-York metrosunda zorakılıq halları artıb

“Muzeydə musiqi” layihəsi: Azərbaycan Milli İncəsənət Muzeyində növbəti konsert

Sorğu: Bayden Trampı 3 faiz fərqlə qabaqlayır

Nizamişünas alimin məqaləsi Türkiyədə çap edilib

Fevralda DSMF tərəfindən 26,6 minə yaxın vətəndaş müraciəti cavablandırılıb

“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir VİDEO