REGİONLAR


Çingiz Qurbanovun xatirəsinə həsr olunan məktəbli qızlar arasında voleybol turnirində 10 komanda mübarizə aparır

Qusar, 26 oktyabr, Elxan Yusifli, AZƏRTAC

Qusar Olimpiya İdman Kompleksində Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun xatirəsinə həsr olunan voleybol turniri start götürüb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məktəbli qızlar arasında keçirilən birincilikdə qalib adı uğrunda 10 komanda mübarizə aparır.

Yarışın açılış mərasimində Azərbaycan Voleybol Federasiyası (AVF) prezidentinin müşaviri Əbülfəz Hüseynov və Qusar rayon Gənclər və İdman İdarəsinin rəisi Emil Əmirmətov çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıblar.

Yarışın əhəmiyyətindən danışan natiqlər qeyd ediblər ki, bu, Çingiz Qurbanovun xatirəsinə həsr olunan üçüncü turnirdir. Belə yarışlar ənənəvi keçiriləcək.

Mərasimdə Milli Qəhrəman Çingiz Qurbanovun həyatı və döyüş yolundan danışılıb, Ali Baş Komandan İlham Əliyev və qəhrəman oğullarımız sayəsində torpaqlarımızın işğaldan azad olunduğu bildirilib.

AVF prezidentinin müşaviri Əbülfəz Hüseynov bölgələrdə gənclər arasında turnirlərin təşkilinin Azərbaycan voleybolu üçün böyük əhəmiyyətə malik olduğunu söyləyib.

Bildirilib ki, yarışı AVF nümayəndələri, seleksiyaçı məşqçilər izləyir və əsas məqsəd gənc və perspektivli gəncləri milli komandaya cəlb etməkdir.

Turnirdə Qusar şəhər məktəblərini (4 komanda), həmçinin Həzrə, Quxuroba, Urva (2 komanda), Əvəcuq, Gədəzeyxur kənd məktəblərini təmsil edən komandalar yarışır.

Qalib gələn məktəblilərə kubok, medal, diplom və hədiyyələr təqdim olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.