DÜNYA


Çinin Afrika ölkələrinə birbaşa sərmayələri 43 milyard dolları ötüb

Bakı, 26 noyabr, AZƏRTAC

Çinin 2020-ci ilin sonuna qədər Afrika ölkələrinə birbaşa sərmayələrinin ümumi həcmi 43 milyard dolları ötüb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumat ÇXR Dövlət Şurasının “Çin və Afrika yeni dövrdə: bərabər tərəfdaşlıq” adlı ağ kitabında yer alıb.

Sənədə əsasən, Çin bu qitədə 3,5 mindən çox kompaniya təsis edib. Sərmayələrin böyük hissəsi özəl müəssisələrin payına düşür. Həmçinin Çin kompaniyaları Afrikada milyonlarla iş yeri açıb ki, onların da 80 faizində yerli sakinlər çalışır.

Kənd təsərrüfatı Çin investorları üçün prioritet sahələrdən biridir: 2020-ci ildə Çinin 200-dən çox kompaniyası Afrikanın 35 ölkəsinin kənd təsərrüfatı sektoruna ümumilikdə 1,11 milyard dollar sərmayə yatırıb ki, bu da ikitərəfli ticarətin inkişafına müsbət təsir göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.