DÜNYA


Çinin BAİC şirkəti “Daimler”in səhmlərini almaq istəyir

Pekin, 11 may, AZƏRTAC

Çinin “BAİC Group” şirkəti “Mercedes-Benz” avtomobillərini istehsal edən “Daimler” şirkətinin səhmlərinin 5 faizini almaq istəyir.

AZƏRTAC xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası xarici mənbələrə istinadla məlumat yayıb. “BAİC Group”un bu niyyəti barədə “Daimler”i hələ ilin əvvəlində məlumatlandırdığı bildirilir. Hələlik heç bir şirkət bu barədə rəsmi açıqlama verməyib.

Qeyd edək ki, “BAİC” və “Daimler” əməkdaşlığa 2005-ci ildə müştərək “Beijing Benz Automotive” müəssisəsini yaratmaqla başlayıblar. Çində “Mercedes-Benz” avtomobillərinin yığılması ilə məşğul olan şirkət həm də “Daimler”in Almaniyadan kənarda yeganə avtomobil mühərriki zavoduna malikdir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.