DÜNYA


Çinin Çindao şəhərində kütləvi test prosesi zamanı 10 milyona yaxın nümunə toplanılıb

Pekin, 15 oktyabr, AZƏRTAC

Çinin Şandun vilayətinin Çindao şəhərində COVID-19 infeksiyasının yayılma zəncirinin müəyyən edilməsi üçün kütləvi test prosesi başa çatmaq üzrədir.

AZƏRTAC vilayət hökumətinə istinadla xəbər verir ki, 5 günlük proses çərçivəsində test üçün 9,94 milyon nümunə toplanıb. Onların 7,64 milyonu test edilib və ilk gün müəyyən edilmiş yoluxma halları istisna olmaqla, cavablar neqativ olub. Test prosesinin oktyabrın 16-da başa çatması nəzərdə tutulub.

Qeyd edək ki, son günlər şəhərdə 13 nəfərin COVID-19 infeksiyasına yoluxmasından sonra Çindaoda kütləvi test prosesinin icrasına qərar verilmişdi. Bildirilir ki, yoluxma zəncirinin başlanğıcı xaricdən yoluxmuş vəziyyətdə Çinə gələnlərin müalicə olunduğu xəstəxanadır. Şəhər hökumətinin səhiyyə komitəsinin rəhbəri və həmin xəstəxananın baş həkimi epidemiya ilə nəzarəti düzgün təşkil etmədiyinə görə vəzifəsindən uzaqlaşdırılıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.