YUBİLEY TƏBRİKLƏRİ
Çinin “China Daily” qəzetinin baş redaktoru
Cou Şuçun
-Azərbaycan Dövlət İnformasiya Agentliyinin əsasının qoyulmasının 100-cü ildönümü münasibəti ilə “China Daily” xəbər agentliyinin adından sədr Aslan Aslanova və agentlikdə çalışan hər kəsə ən səmimi təbriklərimi çatdırıram.
Azərbaycan Dövlət İnformasiya Agentliyi ölkənin yeganə rəsmi xəbər agentliyidir. Ötən yüz il ərzində AZƏRTAC həqiqət və qərəzsizlik prinsiplərinə sadiq qalıb, daxili və xarici siyasət, biznes və mədəniyyət sahələri ilə əlaqədar beynəlxalq ictimaiyyəti vaxtında və hərtərəfli məlumatlandırıb. Agentlik ötən əsr boyunca Azərbaycanın müxtəlif tarixi dövrlərində mühüm rol oynayıb. 2018-ci ildən bəri “China Daily” AZƏRTAC ilə birgə çalışır. Biz birgə xəbər mübadiləsi, jurnalistlərin təlim proqramları da daxil olmaqla artıq bir neçə səmərəli və məhsuldar layihələr həyata keçirmişik. Bununla biz ölkələrimizin xalqları arasındakı anlayış və dostluğu daha da genişləndirmişik. Birgə gələcəyimizə olan qarşılıqlı etimad və inamımız sayəsində biz ölkələrimiz arasında stabil və uzaqgörən əməkdaşlıq münasibətlərinin güclənməsində və təşviqində mühüm rol oynaya biləcəyimizə inanırıq.