DÜNYA


Çinin Dövlət Şurasının sədri Xorvatiyaya səfər edib

Zaqreb, 11 aprel, AZƏRTAC

Çinin Dövlət Şurasının sədri Li Keçyan Xorvatiyanın Baş naziri Andrey Plankoviçin dəvəti ilə bu ölkəyə rəsmi səfər edib.

AZƏRTAC xəbər verir ki, səfər Brüsseldə keçirilən Çin-Avropa İttifaqı sammitindən sonra baş verib. Eyni zamanda, səfər çərçivəsində Li Keçyan Dubrovnikdə keçirilən “16+1” Çin və Şərqi Avropa ölkələrinin birgə sammitində iştirak edəcək.

Budəfəki sammitin gündəliyi “Bir kəmər bir yol” layihəsinin reallaşmasına yönələn yeni açıq körpülərin yaradılması, innovasiyalar və tərəfdaşlıqdır meyarlarını özündə birləşdirəcək. Li Keçyanın Xorvatiyanın Prezidenti Kolinda Qrabar-Kitaroviçlə də görüşü olacaq.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Zaqreb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.