İQTİSADİYYAT
Çinin “GW Delight Technologies” şirkəti “Bakutel-2014” sərgisində ilk dəfə iştirak edir
Bakı, 2 dekabr, AZƏRTAC
“Bakutel-2014” Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisinin yeni iştirakçıları arasında Çinin “GW Delight Technologies” şirkəti də var.
“Caspian Telecom”un mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “GW Delight Technologies” şirkəti internet avadanlığı üzrə qabaqcıl təchizatçıdır. Şirkət, həmçinin FTTB və FTTH texnologiyaları əsasında optik şəbəkələrin qurulması ilə də məşğul olur.
Dünyanın müxtəlif ölkələrində xidmət göstərən beynəlxalq şirkət artıq bir neçə ildir ki, Azərbaycanda da fəaliyyətə başlayıb. “BakuTel-2014” sərgisinə ilk dəfə qatılan şirkət Azərbaycan bazarı üçün öz imkanlarını nümayiş etdirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]