ELM VƏ TƏHSİL


Çinin Lançjou neft-kimya kollecinin nümayəndə heyəti ADNSU-da

Bakı, 10 dekabr, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Çinin Lançjou neft-kimya kollecinin prorektoru Liu Xingqinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə professor M.Babanlı rəhbərlik etdiyi ali məktəbdə təhsil alan çinli tələbələrdən və tələbə mübadiləsindən söz açıb. Universitetdə hazırda 41 nəfər çinli tələbənin təhsil aldığını diqqətə çatdıran rektor tələbələr üçün bütün lazımi şəraitin yaradıldığını bildirib.

Görüşdən məmnun qaldığını qeyd edən Çinin Lançjou neft-kimya kollecinin prorektoru Liu Xingqin təhsil əlaqələrinin daha yüksək səviyyədə və fərqli istiqamətdə davam etdirilməsinin əhəmiyyətli olduğunu deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.