DÜNYA
Çinin “PetroChina” və “Sinopec” şirkətləri “Saudi Aramco”nun səhmlərini almaq istəyir
Bakı, 17 oktyabr, Nihad Budaqov, AZƏRTAC
Çinin “PetroChina” və “Sinopec” şirkətləri Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco”nun səhmlərini almaq istəyir.
AZƏRTAC xəbər verir ki, Çin şirkətləri səhmlərin 5 faizlik hissəsini birbaşa almaqda maraqlıdırlar.
Qeyd edək ki, “Saudi Aramco”nun səhmlərinin 2019-cu ilin əvvəlində satışa çıxarılması planlaşdırılır. Ümumilikdə 2 trilyon dolar dəyəri olan “Saudi Aramco”nun səhm satışından 100 milyard dollar gəlir əldə etməsi nəzərdə tutulur.
Xatırladaq ki, “Saudi Aramco”nun icraçı direktoru Amin Nasser şirkətin səhmləri 2018-ci ilin ikinci yarısında satışa çıxarılacağını demişdi. Şirkətin səhmlərinin 5 faizlik hissəsi Səudiyyə Ərəbistanının birjası (Tadawul) ilə yanaşı, daha çox beynəlxalq bazarda satılacaq.
“Saudi Aramco”nun səhmlərinin satışı üzrə məsləhətçi banklar artıq seçilib. Şirkətin səhmlərinin satışı zamanı “JPMORGAN Chase”, “Morgan Stanley” və “HSBC” bankları məsləhətçi qismində çıxış edəcəklər. Əvvəllər isə “Aramco”nun özəlləşdirilməsi üzrə “Moelis & Co”, “Evercore Partners Inc.” və “Michael Klein” məsləhətçi şirkətlər kimi seçilmişdi.