DÜNYA


Çinin Siamen şəhərinin sakinləri kütləvi şəkildə koronavirus testindən keçirilir VİDEO

Pekin, 14 sentyabr, AZƏRTAC

Çinin şərqindəki Fucien vilayətinin liman şəhəri olan Siamenin sakinləri kütləvi şəkildə yeni növ koronavirus testindən keçirilir.

AZƏRTAC xəbər verir ki, şəhər meriyasının məsələyə dair açıqlamasında kütləvi testin son günlər Siamendə COVID-19 infeksiyasına yoluxma hallarının çoxalmasından sonra qərar verilib. Bildirilir ki, 4 milyondan çox əhalisi olan şəhərin bütün sakinləri testdən keçməlidirlər. Sakinlərə ciddi səbəb olmadan Siameni tərk etməmək tövsiyə olunub. Vacib səbəblərə görə şəhəri tərk etməli olanlar isə koronavirus testinin neqativ nəticəsini təqdim etməlidirlər.

Yoluxmaların qarşısını almaq üçün kolleclərdə, orta məktəblərdə və peşə təlimi məktəblərdində dərslər dayandırılıb, uşaq bağçaları bağlanıb, şəhərlərarası avtobuslar hərəkət etmir. Şəhərin Tonan rayonundaki fabrikdə yoluxma ocağı aşkarlanandan sonra rayon yüksək riskli zona elan edilib.

Qeyd edək ki, sentyabrın 10-dan etibarən Fucien vilayətinin Siamen, Putien və Çuancou şəhərlərində yoluxmalar aşkarlanmaqdadır. Vilayətdə bu günlərdə 123 nəfərin yoluxduğu təsdiqlənib. Siamenlə yanaşı Putiendə də sakinlər kütləvi şəkildə testdən keçirilir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.