DÜNYA


Çinin “Tyanqun-2” kosmik laboratoriyası orbiti tək edərək Yerin atmosferində yanacaq

Bakı, 13 iyul, AZƏRTAC

Çinin “Tyanqun-2” kosmik laboratoriyası iyulun 19-da orbiti tərk edərək Yerin atmosferində yanacaq. AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Sinxua agentliyi yayıb. Çin Xalq Respublikasının Pilotlu Uçuşlar Proqramının məlumatına görə, kosmik aparatın ayrı-ayrı parçaları Sakit okeanın cənub hissəsinə düşəcək.

Çəkisi 8,6 ton olan “Tyanqun-2” kosmik laboratoriyası 2016-cı il sentyabrın 15-də Yer kürəsinin ətrafındakı kosmik məkana göndərilib. Onun uzunluğu 10,4 metr, diametri isə 3,35 metrdir. Laboratoriya “Şençjou” kosmik aparatı və “Tyançjou” yük gəmisi ilə birləşə bilər. “Tyanqun-2” kosmosda elmi-texniki sınaqlar həyata keçirib və iki illik istifadə müddəti başa çatıb.

Çinin bundan əvvəl kosmosa göndərdiyi 8 tonluq “Tyanqun-1” kosmik laboratoriyası isə ötən ilin yazında öz missiyasını başa çatdırıb və atmosferin qalın qatlarında yandıqdan sonra onun parçaları həmin il aprelin 2-də Yerə düşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.