DÜNYA


Çinin Uhan şəhərində qasırğa 6 nəfərin ölümünə səbəb olub VİDEO

Pekin, 15 may, AZƏRTAC

Çinin Uhan şəhərində mayın 14-də axşam saatlarında baş vermiş qasırğa nəticəsində 6 nəfər ölüb, 218 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

AZƏRTAC Uhan hökumətinin açıqlamasına istinadla xəbər verir ki, sürəti saniyədə 24 metrə çatan külək evlərdə, tikintisi davam edən binalarda dağıntılar törədib, xeyli ağacı kökündən qoparıb, kommunikasiya xətlərinə ziyan dəyib. İlkin araşdırmaya əsasən, 27 ev dağılıb, 130 evə ziyan dəyib, elektrik xətlərinin qırılması nəticəsində 26 mindən çox evin elektrik təchizatı dayanıb. Bundan başqa, tikinti sahəsində olan qülləli 2 kranın aşdığı bildirilir.

Çinin Ciansu vilayətinin Sucou şəhərində baş verən qasırğa isə bir nəfərin ölümünə, 2 nəfərin ağır yaralanmasına səbəb olub. Şəhərin Şencı qəsəbəsində evlərə və elektrik xətlərinə ziyan dəyib.

 

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.