DÜNYA


Çinin XİN rəhbəri Yaponiya və Cənubi Koreyaya səfər edəcək

Pekin, 21 noyabr, AZƏRTAC

Çinin xarici işlər naziri Van İ yaponiyalı və Cənubi koreyalı həmkarlarının dəvəti ilə bu ölkələrə səfər edəcək.

AZƏRTAC xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin məlumatına əsasən, bu, pandemiya dövründə Çin rəsmilərinin Yaponiyaya ilk, Cənubi Koreyaya isə 2-ci səfəri olacaq. Səfər zamanı ikitərəfli, regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparılacaq, pandemiya ilə mübarizə və post-pandemiya dövründə əməkdaşlıq məsələləri müzakirə ediləcək.

Görüşlər zamanı 3 ölkənin iştirakı ilə müxtəlif formatlı azad ticarət sazişləri çərçivəsində iqtisadi əlaqələrin genişləndirilməsi imkanları da müzakirə mövzusu olacaq.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.