MƏDƏNİYYƏT


Çinin aparıcı turoperatorlarına Azərbaycanın turizm potensialı tanıdılıb

Bakı, 17 oktyabr, AZƏRTAC

Oktyabrın 16-da Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Çindən olan aparıcı turoperatorlarla yerli turizm şirkətlərinin tanışlıq görüşündə ikitərəfli əlaqələr barədə fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq imkanları müzakirə olunub.

Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, görüş yerli turizm və qonaqpərvərlik sənayesinin üzvlərini Çinin turizm sənayesinin nümayəndələri ilə bir araya gətirmək və qarşılıqlı əməkdaşlığa şərait yaratmaq məqsədilə keçirilib.

B2B (Biznesdən-biznesə) xarakterli tanışlıq görüşündə Çini təmsil edən 6 aparıcı turizm şirkətinin nümayəndələri və Azərbaycanın 60-dan çox turoperatoru iştirak edib. Onlara Azərbaycan və onun turizm imkanları, turizm marşrutları, hotelləri, qədim memarlıq abidələri və milli mətbəxi barədə ətraflı məlumatlar verilib.

Oktyabrın 20-dək Azərbaycanda olacaq çinli turoperatorların ölkənin turizm potensialı və əsas turizm infrastrukturu barədə ətraflı məlumatlandırılması məqsədilə paytaxtdakı turizm obyektlərinə və regionlara tanışlıq səfərləri təşkil ediləcək.

Qeyd edək ki, 2019-cu ilin yanvar-sentyabr dövründə Azərbaycana səfər edən çinli turistlərin sayı 20 min nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətdə 64 faiz artım deməkdir.

2018-ci ilin dekabr ayından etibarən Çinin Pekin şəhərində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəliyi fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.