DÜNYA


Çinin biznes və maliyyə mərkəzi - Şanxay FOTO

Şanxay, 18 noyabr, AZƏRTAC

Yantszı çayının deltasında yerləşən Şanxay Çinin biznes və maliyyə mərkəzi hesab olunur. Çinin müasir iqtisadiyyatının qalası hesab edilən Şanxay dünyanın ən iri liman şəhərlərindən biridir. Belə ki, Şanxay dəniz limanı konteyner dövriyyəsinə görə ardıcıl 9 ildir dünya liderliyini qoruyur. Dünyanın ən iri və tanınmış şirkətlərinin demək olar ki, hamısının Şanxayda ofisi fəaliyyət göstərir. Başqa sözlə, Şanxay Çin iqtisadiyyatının giriş-çıxış “qapı”sıdır.

Tarixi məkanları, müasir göydələnləri, nadir memarlıq nümunələri, o cümlədən “Şərq mirvarisi” televiziya qülləsi (hündürlüyü 468 metr), dünyada ən hündür ikinci bina olan “Şanxay qülləsi” (632 metr), özünəməxsus mətbəxi, şopinq məkanları ilə Şanxay dünyada tanınmış turizm mərkəzlərindən biridir. Ötən il Şanxayı 8,93 milyon əcnəbi turist ziyarət edib. Turizm sektorunda dövriyyə isə 30 milyard dollara çatıb. Şanxayın ortasından keçən Xuanpu çayı, onun üzərindəki körpülər, sahil bulvarı, Avropa memarlıq üslubundakı binalar Şanxaya xüsusi gözəllik verir.

Çində ən sıx metro şəbəkəsinə sahib olan Şanxay dünyada yeraltı dəmir yolu nəqliyyatı ən sürətlə inkişaf edən şəhərdir. Hazırda 17 xətti və 420-dən çox stansiyası fəaliyyət göstərən Şanxay metrosunun gündəlik sərnişindaşıma qabiliyyəti təxminən 10 milyon nəfərə çatır.

AZƏRTAC-ın xüsusi müxbiri Şanxayın gözəlliyini və möhtəşəmliyini oxucuları ilə bölüşmək üçün şəhərdən hazırladığı fotoreportajı təqdim edir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Şanxay

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.