ELM VƏ TƏHSİL


Çinin daha bir universitetində Azərbaycan dilinin tədrisinə başlanılıb

Pekin, 20 sentyabr, AZƏRTAC

Çinin ən reytinqli ali təhsil ocağı hesab olunan Pekin Universitetində bu dərs ilindən Azərbaycan dilinin tədrisinə başlanılıb. Universitetin müxtəlif ixtisaslarında təhsil alan tələbələr ikinci dil kimi Azərbaycan dilini seçib öyrənmək imkanı qazanıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan dilini Pekin Xarici Dillər Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev tədris edir. Dərslər çərçivəsində çinli tələbələrdə Azərbaycan haqqında ətraflı məlumatın olması üçün xalqımızın zəngin mədəniyyəti, ölkəmizin tarixi, müasir inkişafı barədə məlumatlar da verilir.

Xatırladaq ki, bu ilin fevralından başlayaraq 76 dilin tədris olunduğu Pekin Xarici Dillər Universitetində Azərbaycan dili tədris olunur. Universitetin planına əsasən, 2018-2019-cu tədris ilində Azərbaycan dili ixtisası üzrə bakalavr pilləsinə tələbə qəbulu həyata keçiriləcək.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.