ELM VƏ TƏHSİL


Çinin elmi jurnalında dahi Nizami Gəncəvi haqqında məqalə dərc olunub

Pekin, 26 noyabr, AZƏRTAC

Çinin ən nüfuzlu elmi nəşrlərindən olan Pekin Xarici Dillər Universitetinin “Asiya və Afrika üzrə tədqiqatlar” jurnalında AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin “Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığı və Azərbaycan ədəbiyyatında yeri” adlı məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, Çin Milli Bilik İnfrastrukturu (CNKİ) adlı elmi məlumatlar bazasında da yerləşdirilən məqalədə dahi Nizaminin “Xəmsə”sinə daxil olan bütün əsərləri ayrı-ayrılıqda şərh edilir. Bundan başqa, akademik İsa Həbibbəylinin məqaləsində Nizami Gəncəvinin Azərbaycan şairi olması danılmaz faktlarla sübut olunur. Bu, Nizami Gəncəvinin əsərlərini sistemli şəkildə çinli oxuculara çatdıran ilk elmi məqalədir.

Qeyd edək ki, CNKİ Çində elmi əsərlərin və məqalələrin toplandığı ən böyük onlayn məlumat bazalarından biridir.

 

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.