DÜNYA


Çinin ən iri 500 kompaniyasının gəlirləri 13,9 trilyon dollara çatıb

Bakı, 25 sentyabr, AZƏRTAC

Çin Müəssisələri Konfederasiyası sentyabrın 25-də 2021-ci ilin ən iri 500 kompaniyasının siyahısını dərc edib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, təşkilatın bəyanatına görə, həmin kompaniyaların əsas fəaliyyət sahələrindən əldə etdiyi ümumi gəlirlər ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 4,43 faiz artaraq 89,83 trilyon yuan (13,9 trilyon dollar) təşkil edib.

Reytinq siyahısına 2,667 trilyon yuan (412,94 milyard dollar) gəlirlə Dövlət Elektrik Şəbəkəsi Korporasiyası bacılıq edir. Çinin Milli Neft Korporasiyası (CNPC) 1,959 trilyon yuanla (303,3 milyard dollar) ikinci, neft-kimya sahəsinin nəhəngi “Sinopec” kompaniyası isə 1,957 trilyon yuanla (303,05 milyard dollar) üçüncü pillədə qərarlaşıb.

Konfederasiyanın məlumatına görə, bu artım dünyanın 500 ən iri kompaniyasının gəlirlərinin azalması fonunda (4,81 faiz) müşahidə olunur.

Qeyd edək ki, Çin Müəssisələri Konfederasiyası hər il ən iri 500 milli kompaniyanın reytinqini dərc edir. Bu siyahı ölkənin inkişafındakı əsas tendensiyaları və beynəlxalq bazarlarda mövqeyini izləməyə imkan verir.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.