DÜNYA


Çinin gömrükçüləri rekord miqdarda fil dişi müsadirə ediblər

Pekin, 15 aprel, AZƏRTAC

Çinin gömrük xidmətinin əməkdaşları qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən təxminən 7,5 ton fil dişini müsadirə ediblər.

AZƏRTAC Çin Baş Gömrük Administrasiyasına istinadla xəbər verir ki, bu, ölkə tarixində ən böyük miqdarda qaçaqmalçılıq yolu ilə nəql edilən fil dişi müsadirəsidir. Əməliyyat zamanı 20 nəfər şübhəli şəxs kimi saxlanılıb.

Administrasiyanın sədr müavini Xi Vey bildirib ki, Çin gömrükçüləri il ərzində fil dişi qaçaqmalçılığı ilə bağlı 53 əməliyyat keçirərək, 8,5 ton fil dişi və ya ondan hazırlanan məhsulu müsadirə ediblər.

Qeyd edək ki, Çin qanunlarına əsasən, qiymətli heyvanların orqan və hissələrinin ümumi dəyəri 1 milyon yuandan çox olan qaçaqmalçılığına görə ən azı 10 il, bəzən isə ömürlük azadlıqdan məhrumetmə cəzası verilir. Çin hökuməti ötən il fil dişi ticarətinə qadağa qoyub.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.