DÜNYA
Çinin illik COVID-19 peyvənd istehsalı gücü 7 milyard dozaya çatıb VİDEO
Pekin, 21 dekabr, AZƏRTAC
Çin şirkətlərinin illik COVID-19 peyvənd istehsalı gücü 7 milyard dozaya çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi məlumat yayıb. Əsas vaksin istehsalçıları "Sinopharm", "Sinovac" və "CanSino" şirkətləridir.
Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin məlumatına əsasən, indiyədək ölkədə əhaliyə 2,69 milyard doza COVID-19 peyvəndi vurulub. Əhaliyə vurulan peyvənd dozasının sayına görə Çin dünyada birincidir.
Çin indiyədək təxminən 100-dən çox ölkəyə və bir neçə beynəlxalq təşkilata 1,8 milyard dozadan çox COVID-19 peyvəndi təqdim edib. Cari il ərzində xaricə 2 milyard doza peyvənd göndərilməsi planlaşdırılıb. Xaricə göndərilən vaksinlərin əsas hissəsi kommersiya prinsipi əsasında ixrac olunub. Müəyyən miqdarda vaksin isə Çin dövləti tərəfindən ianə kimi təqdim olunub.
Bəzi ölkələrdə Çin vaksinlərinin tam və ya qismən istehsalı da həyata keçirilir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]
“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq
- 24.04.2024 [13:55]
İspaniya Baş nazirinin həyat yoldaşına qarşı istintaq başlayıb
- 24.04.2024 [13:05]